RU

Sauthempton un futbolçuları diskvalifikasiyaya görə klubu məhkəməyə verməyi planlaşdırırlar

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rəqibin məşqlərinin gizli şəkildə lentə alınması səbəbindən İngiltərə Çempionşipinin pley-off mərhələsinin finalına buraxılmayan "Sauthempton"un futbolçuları klubu məhkəməyə verməyi planlaşdırırlar.

Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, elitaya vəsiqə uğrunda "Midlsbro" ilə həlledici görüşdə oynamayacağı dəqiqləşən London komandasının oyunçuları rəhbərliyin onların əziyyətini yerə vurduğunu düşünürlər.

Futbolçular və "Sauthempton"un idarəçiləri arasında görüş keçiriləcək.

"Sauthempton"un əvəzinə "Midlsbro" finalda İngiltərə Premyer Liqasına vəsiqə uğrunda "Hall Siti" ilə mübarizə aparacaq.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
fanat.az

2Источники