RU

Kurtua III liqa klubunun sahibi oldu

“Real”ın qapıçısı Tibo Kurtua “Extremadura” klubunun həmsahibi olub.

Msport.az xəbər verir ki, Kurtuanın həmtəsisçilərindən biri olduğu idman investisiya platforması NXTPLAY bu mövsümün yekunlarına əsasən İspaniyanın 3-cü divizionuna yüksələn klubun səhmlərinin bir hissəsini alıb.

Şirkət daha əvvəl növbəti mövsüm Liqa 1-də iştirakını təmin etmiş “Le Mans” klubuna da investisiya yatırmışdı.

Избранный
15
1
msport.az

2Источники