RU

İdmançılar arasında diz zədələri niyə artır? - AÇIQLAMA

"Bilirsiniz ki, günümüzdə idmana maraq artıb, idman zallarının sayı çoxalıb. İdman sahəsində ciddi aktivlik müşahidə olunduğu üçün həmin sahədə müəyyən problemlər də ortaya çıxır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini, baş həkim Nizami Məmmədov vurğuladı.

Onun sözlərinə görə, hazırda idman travmaları ilə daha çox qarşılaşırlar:

"Burada xüsusilə çiyin oynağının zədələnmələri, bağ qopmaları və oynaqların adəti çıxıqları daha çox rast gəlinir. Xüsusilə orta və gənc yaş qrupunda bu hallara daha çox təsadüf olunur. Eyni zamanda aşağı ətraflarda, xüsusilə diz oynağı nahiyəsində menisk cırılması, menisk zədələnmələri və bağ qopmaları ilə bağlı idmançılar instituta çox müraciət edir. Bu travmaların ilkin mərhələdə düzgün diaqnostikasının aparılması üçün institutda hər cür şərait mövcuddur. Diaqnostika aparıldıqdan sonra isə onların müalicəsini həyata keçiririk".

NURİYYƏ

Избранный
62
1
redaktor.az

2Источники