RU

Təzyiq ölçməzdən əvvəl bunları etməyin

İspaniyalı kardioloq Fernando Martuş Qonsalveş bildirib ki, arterial təzyiqi ölçməzdən əvvəl dörd hərəkətdən uzaq durmaq lazımdır.

Ölkə.az xəbər verir ki, o, bu barədə Sapo nəşrinə danışıb.

Həkimin sözlərinə görə, qan təzyiqini ölçmədən ən azı 30 dəqiqə əvvəl fiziki məşqlər etmək, siqaret çəkmək, spirtli içki və qəhvə qəbul etmək olmaz.

Bundan əlavə, prosedurdan əvvəl sidik kisəsini boşaltmaq da vacibdir. Mütəxəssis həmçinin təzyiq ölçülərkən ayaqları çarpazlamamağı, danışmamağı, manjeti paltarın üstündən bağlamamağı və sakit mühitdə olmağı tövsiyə edib.

Həmidə İbrahimova

Избранный
43
1
olke.az

2Источники