RU

Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı

Qadın futbolu üzrə Yüksək Qızlar Liqasının 2026/27 mövsümündə iştirak etmək istəyən yeni klublar üçün müraciət qəbulu başlayıb.

"Football-plus.az" xəbər verir ki, federasiyanın bayrağı altında keçiriləcək yarışa qoşulmaq istəyən klubların müraciətləri 20-29 may tarixləri arasında qəbul olunacaq.

Komandalar rəsmi müraciətlərini AFFA-nın Qadın Futbolu Departamentinin elektron poçt ünvanına göndərməlidi. Müraciətlər [email protected] ünvanı vasitəsilə qəbul ediləcək.

Yüksək Qızlar Liqasında iştirak üçün müraciət edən yeni komandalar üçün 1-22 iyun tarixlərini əhatə edən xüsusi lisenziyalaşdırma dövrü də tətbiq olunacaq. Bu prosesi uğurla tamamlayan klublar 2026/27 mövsümündə yarışda iştirak hüququ qazanacaq.

Избранный
30
1
football-plus.az

2Источники