Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp iyunun 15-dən 17-dək Fransanın cənub-şərqindəki Evian-le-Ben şəhərində keçiriləcək G7 liderlərinin sammitində iştirak edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbəyə istinadən məlumat yayıb.
Daha əvvəl onun iştirakı, ABŞ-ın İrandakı hərbi əməliyyatlarını dəstəkləməyən bir sıra G7 ölkələrinin — Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın narazılığı səbəbindən sual altında qalırdı.
Mənbə bildirib ki, Tramp ilk növbədə biznes barədə danışmaq istəyir. O, xüsusilə ABŞ-da hazırlanmış süni intellekt alətlərinin tətbiqinə köməklik göstərilməsini, mühüm faydalı qazıntıların tədarük zəncirində Çinin təsirinin azaldılmasına dair razılaşmanı, narkotik qaçaqmalçılığı və qanunsuz immiqrasiya ilə mübarizəni, həmçinin Amerika ixracatının təşviqini müzakirə etmək niyyətindədir.
Məryəm Quliyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.