RU

G7 sammitində böyük gərginlik gözlənilir: Tramp qisas almaq üçün Fransaya gedir

ABŞ Prezidenti Donald Trampın Avropanın aparıcı dövlətləri ilə pərdəarxası qarşıdurması fonunda dünya siyasətinin diqqət mərkəzində olacaq növbəti böyük gəlişmə baş verib. Ağ Ev rəhbərinin qəti addımları və gözlənilməz qərarları beynəlxalq mətbuatın əsas müzakirə mövzusudur.

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp gələn ay Fransada keçiriləcək "Böyük Yeddilik" (G7) ölkələrinin sammitində şəxsən iştirak edəcək. ABŞ-ın nüfuzlu "Axios" nəşrinin yaydığı bu eksklüziv məlumat qlobal arenada ciddi əks-səda doğurub.

Əslində, ABŞ liderlərinin bu cür illik sammitlərdə iştirakı ənənəvi xarakter daşısa da, Trampın builki səfəri böyük sual altında idi. Buna səbəb, ABŞ prezidentinin İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyatları və sərt xətti dəstəkləməyən Böyük Britaniya, Fransa, Almaniya və İtaliya kimi G7 üzvü olan ölkələrdən ciddi şəkildə narazı qalması idi. Bu narazılıq səbəbindən onun sammiti boykot edəcəyi proqnozlaşdırılırdı, lakin Tramp son anda qərarını dəyişib.

Mühüm beynəlxalq əhəmiyyət kəsb edən bu kritik görüş iyunun 15-dən 17-nə dək Fransanın cənub-şərqində yerləşən Evian-le-Ben şəhərində baş tutacaq. 

Musavat.com

Избранный
5
musavat.com

1Источники