RU

Magistratura imtahanının cavabları açıqlandı

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, imtahan nəticələri ilə rəsmi məlumat vasitəsilə tanış olmaq mümkündür. Bakalavrlar nəticələri həmçinin mobil operatorlar vasitəsilə də öyrənə bilirlər. Bunun üçün iştirakçılar “iş nömrəsi”ni qısa nömrə olan 7727-yə göndərməlidirlər. Xidmət Azercell, Bakcell və Nar istifadəçiləri üçün əlçatandır.

Qeyd edilib ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – təxminən 6 həftə ərzində açıqlanacaq. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə maksimum 95 bal, esse üzrə isə 5 bal toplaya bilirlər.

Apellyasiya müraciətlərinə isə yekun imtahan balı elan olunduqdan sonra baxılması mümkün olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
41
bakivaxti.az

10Источники