RU

Putin Pekində həmin şəxsi tapdı: "30 ildir bu anı gözləyirdim..." - VİDEO

Rusiya prezidenti Vladimir Putin Çinə səfəri zamanı 2000-ci ildə Pekinə ilk rəsmi gəlişi zamanı alnından öpdüyü Pen Pay ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıb.

Həmin vaxt 9 yaşı olan Pen Pay Putinlə Beyhay parkında qarşılaşıb.

Ötən illər ərzində o, rus dilini mükəmməl öyrənib, Moskva Avtomobil-Yol İnstitutunu (MADI) bitirib və mühəndis olub.

Artıq 36 yaşı olan çinli Putinlə yenidən bir araya gəlib və demək olar ki, otuz ilə yaxındır bu günü xəyal etdiyini etiraf edib. Görüş zamanı tərəflər bir-birinə çay dəstləri hədiyyə ediblər.

Musavat.com

Избранный
41
musavat.com

1Источники