RU

Dünya Bankının vitse-prezidenti: Mənzil bazarı bütün iqtisadiyyatlar üçün əsas iqtisadi göstəricilərdən biridir

Güclü mənzil sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsidir və orta hesabla ümumi daxili məhsulun 15 faizini təşkil edir. Bu sektor tikintidən material istehsalına, maliyyə xidmətlərindən kommunal xidmətlərə qədər iqtisadiyyatın bütün sahələrində dəyər yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeriya Levkov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal mənzil maliyyələşdirilməsindən yerli əlçatan mənzil gündəliyinə: qlobal inkişaf və submilli maliyyələşdirmədən istifadə" adlı tədbirdə çıxış edərkən deyib.

O, bu sektorun iş yerləri yaratdığını və insanları cəlb etdiyini diqqətə çatdırıb: “Güclü mənzil bazarı tikinti, memarlıq, istehsal, pərakəndə satış və maliyyə xidmətləri kimi çoxsaylı sahələrdə və müxtəlif peşə səviyyələrində məşğulluq yaradır. O, həmçinin əmək mobilliyində mühüm rol oynayır. Şəhərlərin işçi qüvvəsini cəlb etməsi üçün keyfiyyətli və əlçatan mənzilə ehtiyacı var. Bunu deyərkən, yalnız inkişaf etməkdə olan ölkələri nəzərdə tutmuram. Bu, dünyanın hər yerində belədir. Görürük ki, mənzil bazarı bütün iqtisadiyyatlar üçün əsas iqtisadi göstəricilərdən biridir”.

Избранный
2
2
azerbaijan-news.az

3Источники