RU

Dünyanın böyük şəhərlərinin əsas problemləri və onların həllinə yönələn dünyəvi forumlar

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

İnsanlar daima mərkəzə doğru axın etməyə can atıblar. Nəhayət, 2-ci milenniumdan başlayaraq insanlar bu axın nəticəsində dünyanın üzləşdiyi problemləri etiraf edib yeni dövrə bu problemləri həll etməyə çalışaraq keçid etməyə qərar veriblər. Beləliklə, 2002-ci ildən etibarən urbanizasiyanın (mərkəzə axının) yaratdığı problemlərin həlli üçün dünyəvi forumlar keçirilməyə başlanılıb.

2002-ci ildə ilk Dünya Şəhərsalma Forumu (World Urban Forum) keçirilib. Aşağıda bu forumların keçirildiyi şəhərlərin siyahısını və həmin şəhərlərin əsas problemlərini qeyd edirəm:

2002 - Nayrobi (Keniya) - ümumi yoxsulluq, çox sayda gecəqondular, su-kanalizasiya sisteminin yoxluğu

BMT Statistikasına görə hazırda dünyada 1,1 milyard insan gecəqonduda və ya qeyri-rəsmi yaşayış məkanlarında yaşayır. Ən çox gecəqondular Cənub və Cənub-Şərqi Asiyada, o cümlədən Afrikadadır və bunun ən bariz nümunələrindən biri Nayrobidir.

2004 - Barselona (İspaniya) - Kütləvi trizmin şəhər üzərindəki təzyiqi, miqrantların cəmiyyətə inteqrasiyası problemi, mənzil qiymətlərinin bahalığı

Qeyri-rəsmi rəqəmlərə görə Barselonada hər gecə təqribən 2 min insan küçədə yatır.

2006 - Vankuver (Kanada) - mənzillərin bahalığı səbəbilə evsizliyin artması, nəqliyyat sıxlığı

Küçədə yatan, evsiz insanların sayına görə bu şəhər qlobal sıralamalarda öndə yer alır. Maraqlıdır ki, bu problem ən çox inkişaf etmiş ölkələrdə, böyük şəhərlərdə daha çox müşahidə olunur.

2008 - Nançinq (Çin) - kənddən şəhərə axın, sənayeləşmənin yaratdığı hava çirkliliyi, infrastruktur yüklənməsi

2010 - Rio de Janeyro (Braziliya) - sosial bərabərsizlik, təhlükəsizlik təhdidləri, nəqliyyat və kanalizasiya sistemindəki yetərsizliklər

2012 - Naples (İtaliya) - köhnəlmiş şəhər infrastrukturu, tarixi ərazilərin qorunması problemi, tullantıların idarəolunması sahəsində yaşanan böhran

Dünyanın ən gözəl, inkişaf etmiş, ən çox turist cəlb edən ölkələrindən olan İtaliya belə bəzi urbanizasiya problemlərini həll etməkdə çətinlik çəkib. Xüsusilə 2008-ci ilədək tullantıların düzgün idarə oluna bilməməsi Naplz şəhərini ekoloji böhran həddinə çatdırıb. Bu məsələdə yerli mafiya təşkilatlarının əli olub. Bu məsələ müəyyən qədər həll olunsa da, hələ də müəyyən qədər qalmaqdadır.

2014 - Medellin (Kolumbiya) - Cinayətkarlıq, təhlükəsizlik təhdidləri, yoxsul məhəllələrin inteqrasiyası, ictimai nəqliyyat çatışmazlığı

2016 - Kito (Ekvador) - Zəlzələ riski qarşısında dözümlü olmayan şəhərsalma, plansız urbanizasiya

Quito çox seysmik zonada yerləşir. Burada bir ildə 30-40 kiçik maqnitudalı zəlzələ (1-3 bal) baş verir. Orta ölçülü zələzələlər (5 bal və daha çox) isə nisbətən gec-gec (2-4 ildə bir baş verir). Yəni, bu və bənzər seymik zonalarda yerləşən şəhərlərin zəlzələyə dayanıqlı şəhərsalmanı inkişaf etdirmək ehtiyacı var.

2018 - Kuala Lumpur (Malayziya) - nəqliyyat sıxlığı, daşqınların yaratdığı təhdidlər, plansız urbanizasiya

2020 - Abu-Dabi (BƏƏ) - iqlim dəyişikliyi, su qıtlığı, "smart city" keçidi ilə bağlı problemlər

2022 - Katovits (Polşa) - kömürdən yaşıl iqtisadiyyata keçid, hava çirkliliyi, post-sənaye şəhər transformasiyası

2024 - Qahirə (Misir) - əhali sıxlığının hədsiz və qeyri-rəsmi artımı, su və ictimai nəqliyyat problemləri

Göründüyü kimi, dünyanın hər bir nöqtəsi özünəməxsus gözəlliyi ilə müvafiq problemləri də özündə daşıyır. Bunu etiraf etmək, onu həll etməyin əsas yollarından biridir.

Ümid edirəm ki, 2026 Bakı Forumu (WUF13) da şəhərimizin infrastrukturla bağlı üzləşdiyi çətinliklərinin həllinə töhfə verə bilər.

Yağış sularının idarə olunması üzrə dünya təcrübəsinin öyrənilməsi üçün ayrıca panelin bu mövzuya həsr olunması faydalı ola bilər. Dünyanın ən turistik şəhərlərindən olan Venesiya da eyni problemdən əziyyət çəkir. Məsələn, "Kiçik Venesiyaya" ev sahibliyi edən Bakı niyə Venesiya ilə "qardaşlaşmasın?" və bu şəhərlə birgə bənzər problemlərin həlli istiqamətində dialoq qurmasın?

Şəhla Cəlilzadə

Siyasi şərhçi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
40
icma.az

1Источники