RU

Suda gedir deyilən məşhur avtomobil göldə batdı Sürücünü tutdular

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

ABŞ-də yeni aldığı elektromobili sınaqdan keçirmək istəyən sürücü gözlənilməz hadisə ilə qarşılaşıb. O, avtomobilin suda hərəkət edə bildiyi iddiasına inanaraq gölə girsə də, nəqliyyat vasitəsi saniyələr içində batıb.Demokrat.az xəbər verir ki, hadisə Texas ştatında qeydə alınıb. Sürücü Cimmi Cek Makdaniel yeni aldığı "Tesla Cybertruck" modelini Qreypevin gölünə sürüb. O, avtomobilin suda hərəkət etmək üçün nəzərdə tutulan xüsusi rejimini yoxlamaq istəyib. Lakin pikap qısa müddətdə su dolaraq tamamilə batıb.Sürücü və yanındakı sərnişin maşından çıxmağı bacarsalar da, hadisə bununla bitməyib. Əraziyə gələn polis qrupları gölün qapalı hissəsində maşın sürdüyü və su təhlükəsizliyi qaydalarını pozduğu üçün sürücünü nəzarətə götürüb. Onun hələ də həbsxanada saxlanıldığı bildirilir."Tesla" şirkətinin rəsmi açıqlamasına görə, sözügedən model təxminən 80 santimetr dərinlikdəki sulardan keçə bilir. Lakin təlimatda qeyd olunur ki, göl və ya çay sularına girmək sürücünün məsuliyyətindədir və yaranan nasazlıqlar zəmanət dairəsinə daxil edilmir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
demokrat.az

1Источники