RU

Azərbaycan Türkiyə münasibətlərini hədəf alan qüvvələr var Politoloq

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son dövrlər Türkiyənin sosial şəbəkə seqmentində Azərbaycana qarşı sistemli dezinformasiya və qarayaxma kampaniyaları aparılır.

Bu sözləriGununsesi.info-ya siyasi şərhçi Turan Rzayev deyib.

Onun sözlərinə görə, bu prosesdə xüsusilə Azərbaycan-İsrail münasibətləri, dini motivlər və regional həssas məsələlər üzərindən manipulyasiya cəhdləri müşahidə olunur.

Şərhçi qeyd edib ki, son günlər sosial şəbəkələrdə “Azərbaycan İsrailə 12 puan verdi” iddiası ilə aparılan kampaniya da buna nümunədir. Halbuki Azərbaycan “Avroviziya” finalında 12 xalı İsrailə deyil, İtaliyaya verib.

Turan Rzayev onu da bildirib ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Cümhuriyyət” qəzetinə müsahibəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə Azərbaycan-Ermənistan sülh prosesinin paralel aparıldığını söylədikdən sonra müəyyən qrupların hədəfinə çevrilib.

O vurğulayıb ki, səfirin fikirləri əvvəllər həm Prezident İlham Əliyev, həm də Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən dəfələrlə səsləndirilən mövqelərlə üst-üstə düşür.

Rzayevin fikrincə, Türkiyədə artan sosial qütbləşmə, dini təsisatların təsiri və manipulyasiyaya açıq informasiya mühiti bu cür kampaniyaların yayılmasını asanlaşdırır.

O bildirib ki, bəzi qüvvələr məqsədli şəkildə “Bir millət, iki dövlət” münasibətlərinə zərbə vurmağa çalışır.

Siyasi şərhçi son olaraq əlavə edib ki, tarixdə xarici güclərin dini strukturlar və təsir şəbəkələri üzərindən fəaliyyət göstərməsi halları olub. Bu kontekstdə o, “Reşid Efendi” kimi tanınan Armin Vambery nümunəsini xatırladıb və müasir dövrdə də oxşar təsir mexanizmlərinin istifadə olunduğunu iddia edib.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
icma.az

1Источники