RU

Bu, əslində normal və müsbət haldır Natiq Cəfərli

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

 «Artıq bir neçə ildir ki, insanlarda onlayn kreditlərə maraq artıb. Bu əsasən rahatlıq və sürətli xidmətlə bağlıdır. Yəni çox rahat şəkildə, bir neçə dəqiqə ərzində kredit üçün müraciət etmək mümkündür. Kredit tez bir zamanda təsdiqlənir və əlavə əziyyət çəkmədən vəsait əldə olunur. Bu, əslində normal və müsbət haldır. Faizlərə gəldikdə isə, onlayn kreditlərdə faizlər bəzi hallarda adi kreditlərlə eyni səviyyədə olur, bəzən isə daha aşağı olur. Ən azından əlavə xərclər tələb olunmur. Bu baxımdan onlayn kreditlərin olması yaxşıdır”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a söyləyib. İqtisadçı vurğulayıb ki, Azərbaycanda kredit portfelinin böyük hissəsi istehlak kreditlərinə yönəlib. İstehsal, kənd təsərrüfatı və biznes sahələrinə kredit verilməsində nə banklar kifayət qədər maraqlıdır, nə də mövcud iqtisadi vəziyyət buna stimul yaradır. Bu isə iqtisadiyyatın zəifləməsinə və durğunluq dövrünə daxil olmasına səbəb olur:

“Əgər kredit resursları daha çox real sektorun inkişafına yönləndirilsə, bu həm iqtisadi aktivliyi artırar, həm də uzunmüddətli dayanıqlı inkişaf üçün əlavə imkanlar yaradar. Buna baxmayaraq, onlayn kreditlərin mövcudluğu müasir bankçılıq sisteminin vacib hissəsidir və rəqəmsal maliyyə xidmətlərinin inkişafı baxımından müsbət qiymətləndirilməlidir".

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
525.az

1Источники