RU

Kesia Rast: Məlumat çatışmazlığı özəl investisiyanı məhdudlaşdırır

Məlumat çatışmazlığı özəl investisiyanı məhdudlaşdırır.

APA xəbər verir ki, bunu Afrikada Əlçatan Mənzil Maliyyəsi (CAHF) təşkilatının icraçı direktoru Kesia Rast WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyəsinin Riskdən Azad Edilməsi: Kifayət qədər Mənzilin Geniş Miqyasda Təmini üçün Özəl Kapitalın Səfərbər Edilməsi” adlı konfransda deyib.

O qeyd edib ki, əlçatan mənzil bazarına özəl kapitalın cəlb olunmasının qarşısındakı əsas maneələrdən biri etibarlı və açıq məlumat bazasının olmamasıdır.

“16 il əvvəl yaradılmış illik hesabat layihəsinin əsas məqsədi mənzil maliyyəsi sektorunda mövcud olan, lakin sənədləşdirilməyən məlumatları toplamaq olub. Şirkətlər, kreditorlar və tikinti şirkətləri ilə aparılan müzakirələr zamanı böyük həcmdə məlumatın qeydə alınmadığı müşahidə edilib və bu səbəbdən həmin məlumatların sistemləşdirilməsi qərara alınıb.”,- Rast bildirib.

O əlavə edib ki, mənzil maliyyəsi bazarlarının inkişaf etdiyi ölkələrdə əsas üstünlük bazar məlumatlarının əlçatan olmasıdır. İnvestorların yalnız başa düşdükləri və şəffaf şəkildə görə bildikləri bazarlara daxil olduqları qeyd olunub.

CAHF icraçı direktoru xüsusilə Afrikadakı vəziyyətə diqqət çəkərək bildirib ki, bəzi ölkələrdə ipoteka kreditlərinin sayı barədə belə dəqiq statistika yoxdur. Halbuki ipoteka tənzimlənən maliyyə aləti hesab olunur və bu məlumatların mərkəzi banklarda mövcud olması gözlənilir. Onun fikrincə, ipoteka–ÜDM nisbəti kimi fundamental göstəricilərin əlçatan olmaması bazarın qiymətləndirilməsini çətinləşdirir.

“Afrika qitəsində insanların böyük hissəsi qeyri-rəsmi sektorda çalışır və müxtəlif mənbələrdən kiçik gəlirlər əldə edir. Mövcud maliyyə və tənzimləmə sistemlərinin bu reallığı nəzərə almaması isə həmin insanların maliyyə xidmətlərinə çıxışını məhdudlaşdırır”.

Избранный
10
apa.az

1Источники