RU

Şadam ki, çempion olaraq ümidləri doğrultduq Nihad yeni mövsümdə harada oynayacağını dedi

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

1-ci Liqadakı mübarizənin başa çatmasına 1 tur qalmış Binə qəsəbə stadionunda "Cəbrayıl"ı 1:0 hesabı ilə məğlub edən "Şəfa" çempionluğunu rəsmiləşdirdi və Premyer Liqada iştirak hüququ qazandı. 34 yaşlı mütəxəssis Elgiz Kərəmlinin rəhbərliyi altında yüksək performansla diqqət çəkən, ilk turdan titulu bayram edənə qədər lider mövqeyində qalan, yalnız bir dəfə uduzan komandanın mərkəz müdafiəçisi Nihad Quliyevlə əlaqə saxlayıb təəssüratlarını bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şükürlər olsun ki, sona bir tur qalmış çempionluğa qovuşduq. Həqiqətən çox sevincliyik, qüruluyuq. Bizə inanan, güvənən hər kəsə təşəkkürümü bildirirəm. İstər rəhbərlik, istər məşqçilər heyəti bizlərə ilk gündən inandılar, bu yola çıxdılar. Şadam ki, çempion olaraq ümidləri doğrultduq. 

Rəqabətli, gərgin çempionat oldu. Komanda yoldaşlarıma təşəkkür edirəm. Hər biri ən xoş sözlərə layiqdir".

Azərbaycanın U-21 millisinin sabiq üzvü iş yerini dəyişməyəcəyini bildirdi: "Karyeramı "Şəfa"da davam etdirəcəyəm. Bu komandada oynamaq həqiqətən xoşdur".

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
1
fanat.az

2Источники