RU

Anar Quliyev: Bu boşluğu aradan qaldırmaq üçün “Baku Urban Award” yaradılıb

BAKI, 20 may. TELEQRAF

“Dünyada 3 milyarddan çox insanın adekvat və əlçatan mənzilə çıxışı yoxdur və bu rəqəm artır. Mənzil məsələsi artıq sadəcə sosial problem deyil — o, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçib-keçməyəcəyini və şəhərlərin nə qədər ədalətli, inklüziv və dayanıqlı olacağını müəyyən edən əsas faktora çevrilib".

Teleqraf xəbər verir ki, bunu WUF13 çərçivəsində Bakı Şəhərsalma Müfakatı tədbirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, buna baxmayaraq, həll yolları var:

“Dünyanın müxtəlif şəhərlərində hər gün yeni yanaşmalar və layihələr hazırlanır və tətbiq olunur. Problem ondadır ki, bu həllərin çoxu yerli səviyyədə qalır, kifayət qədər görünmür və başqa yerlərə yayılmır. Yəni təcrübələr paylaşılmır və geniş miqyasda tətbiq olunmur.

Məhz bu boşluğu aradan qaldırmaq üçün “Baku Urban Award” yaradılıb. Bu təşəbbüs təkcə bir tədbir deyil, uzunmüddətli təsir yaradan layihə kimi nəzərdə tutulur”.

Избранный
48
teleqraf.com

1Источники