RU

Rasim Bağırov: Şəhərsalma siyasəti və kommunikasiya birbaşa cəmiyyət anlayışına təsir edir

BAKI, 20 may. TELEQRAF

Şəhərlər böyüdükcə sadəcə dayanıqlıq deyil, tərəfdaşlığın da vacib olduğu aydın olur.

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov Bakıda WUF13 çərçivəsində təşkil edilən "Mənzil və Şəhər Dayanıqlığı üzrə İctimai Çıxışların Hərəkətverici Gücü Kimi Media" tədbirində deyib.

O bildirib ki, şəhərsalma siyasəti və kommunikasiya birbaşa cəmiyyət anlayışına təsir edir.

"Məskunlaşdırma sırf infrastrukturla bağlı deyil. Bu, iqtisadiyyat, təhlükəsizlik, ictimai fikir, rifahla bağlıdır. Buna görə də burada kommunikasiya rol oynayır. Bunu isə media düzgün istiqamətdə edə bilir. Onun rolu böyükdür, - o vurğulayıb.

Избранный
37
teleqraf.com

1Источники