RU

Mərakeş rəsmisi: Əsas məqsəd sakinləri qorumaq, onları şəhər həyatının mərkəzində saxlamaqdır

Paralel şəkildə iqtisadi fəaliyyət inkişaf etdirilməzsə, təkcə binanı qorumağın mənası olmaz.

APA xəbər verir ki, bunu Mərakeş Krallığının Mənzil Məsələləri üzrə Milli Ərazi, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirinin Dövlət Katibi Ədib Benbrahim WUF13 çərçivəsində keçirilən “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər rejenerasiyası” adlı forumda bildirib.

“Çünki həmin binanın yaşaması üçün maliyyə resursları və iqtisadi həyat da lazımdır. Həmçinin ticarət fəaliyyətləri də nəzərə alınmalıdır və onları necə inkişaf etdirib səviyyəsini artırmaq olar ki, eyni zamanda şəhərin kimliyi də qorunsun. Belə proseslər nəticəsində məhəllələrin dəyəri artır bu tam normaldır. Amma burada yaşayış xərclərinin artması kimi ciddi bir problem yarana bilər. Bu zaman bəzi sakinlər məcburiyyət qarşısında qalaraq daha ucuz yaşayış sahələrinə köçməyə başlayırlar. Bu isə yerindən edilmə problemi yaradır və ciddi məhdudiyyət kimi ortaya çıxır.

Buna görə bu vəziyyət çox diqqətlə idarə olunmalıdır. Araşdırılmalı və elə planlaşdırılmalıdır ki, əsas məqsəd sakinləri və icmaları qorumaq, onları şəhər həyatının mərkəzində saxlamaq olsun”,- o bildirib.

Избранный
95
2
apa.az

3Источники