RU

SPECA Forumu ilə bağlı VACİB ÇIXIŞ

Forum həqiqətən də regionda bu cür əməkdaşlıq üçün yaradılmış ilk xüsusi regional platformadır və bu, ümumi şəhər problemlərinə dair əməkdaşlıq, innovasiya və praktiki həllərə ortaq sadiqliyi əks etdirir.

Musavat.com-un əməkdaşı xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Raf Tuts WUF13 çərçivəsində “SPECA Forumu: inklüziv və dayanıqlı şəhər gələcəyi üçün mənzil həlləri” adlı tədbirdə deyib.

“Forum əməkdaşlığın gücləndirilməsi, praktiki təcrübə mübadiləsi, həmçinin yerli prioritetlərin regional və qlobal şəhər gündəlikləri ilə, o cümlədən Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi və Yeni Şəhər Gündəliyi ilə daha yaxşı əlaqələndirilməsi üçün imkan yaradır.

SPECA regionu üzrə şəhərlər artıq əlçatan mənzil imkanlarının genişləndirilməsi, iqlim dayanıqlığının artırılması, enerji səmərəliliyinin yaxşılaşdırılması və şəhər idarəçiliyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərirlər. Mənzil və torpaq istifadəsi siyasətlərindən tutmuş, yaşıl tikinti həllərinə və insan mərkəzli rəqəmsal planlaşdırma alətlərinə qədər, daha güclü regional əməkdaşlıq innovasiyaların genişlənməsinə və daha inklüziv, davamlı yerli inkişafın dəstəklənməsinə kömək edə bilər”, - Tuts qeyd edib.

BMT rəsmisi bildirib ki, ağıllı və davamlı şəhər inkişafı bu səylərin mərkəzində qalmalıdır:

“Bu isə yalnız mənzil sahəsinə deyil, həm də mobillik, enerji, rəqəmsal infrastruktur, iqlimə uyğunlaşma və sosial inklüzivliyi birləşdirən inteqrasiya olunmuş şəhər sistemlərinə investisiya yatırılmasını tələb edir. Bu Forumun uğuru effektiv çoxsəviyyəli idarəetmədən, güclü institusional koordinasiyadan, dayanıqlı maliyyələşdirmə mexanizmlərindən və üzv şəhərlər arasında bilik və təcrübə mübadiləsini təşviq edən mənalı tərəfdaşlıqlardan asılı olacaq. Bu baxımdan SPECA Forumu qarşılıqlı öyrənmə, siyasət dialoqu və regional əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformaya çevrilə bilər. O, şəhərlərə regionun yerli reallıqlarına uyğun, genişləndirilə bilən və praktik həllərin müəyyənləşdirilməsində dəstək göstərəcək”.

Nigar Həsənli
Musavat.com

Избранный
47
musavat.com

1Источники