RU

Qazaxıstanın Vitse-prezidenti olacaq – Qanunda Prezident və yeni post haqqında nə deyilir?

Qazaxıstan parlamentinin üzvləri “Qazaxıstan Respublikasının Prezidenti haqqında” konstitusiya qanununu qəbul ediblər. 

“7Times.az” xəbər verir ki, yeni qanun ölkədə vitse-prezidenlik institutunun tətbiqini nəzərdə tutur.

Qanun 15 martda qəbul edilmiş yeni konstitusiyanın tətbiqi üçün hazırlanıb. Vitse-prezident Qazaxıstan Prezidenti tərəfindən Kurultayın (birpalatalı parlament) razılığı ilə təyin ediləcək.

Qazaxıstanın Vitse-prezidenti doğuluşdan Qazaxıstan vətəndaşı olmalı, dövlət dilində sərbəst danışmalı, son 15 ildə Qazaxıstanda yaşamalı və ali təhsilli şəxs olmalıdır. Yaşı isə 40-dan az olmalı deyil.

Vitse-prezident, Qazaxıstan Prezidentinin tapşırığı ilə onu parlament, hökumət və digər dövlət orqanları ilə qarşılıqlı əlaqələrdə təmsil edir və prezidentin müəyyən etdiyi digər səlahiyyətləri həyata keçirir.

Vitse-prezident siyasi partiyanın üzvü ola və ya sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Prezidentin bu və ya digər səbəbdən vaxtından əvvəl vəzifədən getməsi halında, vitse-prezident dövlət başçısının vəzifələrini öz üzərinə götürür və bundan sonra seçkilər təyin olunur.

Vitse-prezident cinayət törətdiyinə, başqa ölkədə vətəndaşlıq və ya yaşayış icazəsi aldığına, ölümünə və ya digər səbəblərə görə vəzifəsindən uzaqlaşdırıla, yaxud könüllü olaraq istefa verə bilər. Son qərar prezidentə aiddir.

Qanunda həmçinin 2022-ci ildə tətbiq edilən konseptual müddəalar da saxlanılır. Bunlara bir nəfərin yalnız bir dəfə və yeddi illik müddətinə prezident seçilməsi, prezidentin yaxın qohumlarının hökumətdə rəhbər vəzifələr tutmasına məhdudiyyətlər qoyulması və s. daxildir.

“AzPolitika.info”

Избранный
5
1
7times.az

2Источники