RU

İcraçı katibinin müavini: SPECA regionunda yerləşən şəhərlər oxşar problemlərlə üzləşirlər

SPECA Fondu adlı maliyyələşdirmə mexanizminin yaradılması istiqamətində də ciddi addımlar atılıb.

APA xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin WUF13 çərçivəsində keçirilən “Şəhərlərin xüsusi forumu: İnklüziv və davamlı şəhər gələcəyi üçün mənzil həlləri” adlı forumda bildirib.

“SPECA sammitində altı ölkənin liderləri SPECA-nın regional əməkdaşlıq üçün mənalı və praktik platformaya çevrilməsi ilə bağlı qərar qəbul etdilər. Həmin vaxtdan bəri biz Trans-Xəzər Orta Dəhlizi üzrə əməkdaşlıqda real irəliləyiş əldə etmişik. Bu gün isə düşünürəm ki, SPECA-nın yenidən fəallaşdırılmasının üçüncü mühüm elementi həyata keçirilir. Biz SPECA çərçivəsində əvvəllər faktiki olaraq mövcud olmayan şəhər istiqamətini yaradırıq. Onun ilkin təqdimatı COP29 zamanı Bakıda baş tutdu və hesab edirəm ki, indi WUF13 çərçivəsində bu təşəbbüs tam yetişmə mərhələsinə çatır. Mərkəzi Asiya və Cənubi Qafqazda, SPECA regionunda yerləşən şəhərlər oxşar problemlərlə üzləşirlər. Sürətli urbanizasiya, mənzil sistemlərinə təzyiq, köhnəlmiş infrastruktur, iqlim riskləri, nəqliyyat sıxlığı, enerji səmərəsizliyi, hava keyfiyyəti problemləri və şəhər idarəçiliyinin modernləşdirilməsi. Bu məsələlər artıq ölkələrin dayanıqlılığı üçün əsas prioritetə çevrilib. İstər paytaxt şəhərləri, istərsə də iqtisadi fəaliyyət mərkəzləri olan digər şəhərlər SPECA regionunun gələcəyində mühüm rol oynayır. Buna görə də şəhərlər bu prosesdə aktiv iştirak etmədən SPECA regionunun gələcəyi və regional əməkdaşlıq barədə ciddi danışmaq mümkün deyil”, - o qeyd edib.

Избранный
12
2
apa.az

3Источники