RU

Natiq Cəfərli Mikayıl Cabbarovun cavabını verib

Doğrudanmı Azərbaycanda yoxsulluğun səviyyəsi 5%-ə enib?..

“Yoxsulluq səviyyəsinin hesablanma qaydaları ilə bağlı problem var. Bu indikatorlar necə qoyulur, necə hesablanır? Son illərdə dəyişdirilibmi?”.

Poliqon xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli iqtisadiyyat naziri Mikayıl Cabbarovun səsləndirdiyi “Azərbaycan son 20 ildə yoxsulluq səviyyəsini 49 %-dən 5 %-ə endirməyə nail olub” fikrə münasibət bildirərkən deyib.

N.Cəfərli qeyd edib ki, Azərbaycanda çoxsaylı yoxsul insanların var olduğunu demək olmaz:

“Bunu vizual olaraq da görmək mümkün deyil. Küçələrdə yatan, bomj həyatı yaşayan insanların sayı çox azdır. Amma Azərbaycanda yoxsulluğun hesablanma qaydaları yanlışdır. Beynəlxalq praktikaya uyğun olaraq hesablanmalıdır. Yoxsulluğun hesablanma qaydaları dəyişəndə təbii ki, rəqəm də artacaq. Hesablama indikatorları ilə bağlı hökumət yeni bir təqdimat keçirməlidir”.

Poliqon.info

Избранный
5
1
poliqon.info

2Источники