RU

Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə olacaq?

Azərbaycanda pensiya yaşına çatmış, xüsusilə də maddi vəziyyəti ağır olan şəxslər üçün kommunal ödənişlərdə güzəştlərin tətbiqi məsələsi yenidən gündəmə gəlib.

Mövzu ilə bağlı Oxu24.com-a danışan keçmiş istiqlalçı millət vəkili, iqtisadçı Vahid Əhmədov bu məsələyə müsbət yanaşdığını və belə bir addımın atılmasına böyük ehtiyac olduğunu bildirib.


“Həyat şəraiti ağır olan pensiyaçılar var"


İqtisadçı ölkədə aşağı məbləğdə pensiya alan və sosial müdafiəyə ehtiyacı olan xeyli sayda vətəndaşın olduğunu vurğulayıb:
“Qaldırılan məsələ — pensiyaçılarla bağlı məsələ tamamilə düzgün məsələdir. Bilirsiniz, Azərbaycanda kifayət qədər aşağı pensiya alan insanlar var. Hansı ki, doğurdan da həyat şəraiti kifayət qədər ağırdır, kommunal ödənişlərlə əlaqədar ciddi problemləri var. Ümumiyyətlə, mən belə hesab edirəm ki, bu pensiyaçılarla bağlı müəyyən güzəştlərə getməyə çox böyük ehtiyac var”.


“Diferensial yanaşma tətbiq edilməlidir"

Vahid Əhmədov qeyd edib ki, güzəştlərin bütün pensiyaçılara deyil, məhz ehtiyacı olan və gəliri minimum əməkhaqqından aşağı olan şəxslərə şamil edilməsi daha doğru olar:

“Xüsusilə, kommunal güzəştləri onlara şamil etmək olar ki, pensiyaçılar bəzi kommunal ödənişlərdən azad edilsinlər. Əgər şəxsin pensiya məbləği minimum aylıq əməkhaqqından aşağıdırsa, onlara baxmaq olar ki, kommunal ödənişlərdən azad edilsin. Yəni bunu hər kəsə şamil edilmək, əlbəttə, düzgün deyil. Orada diferensial yanaşma götürmək lazımdır. Az məbləğdə pensiya alan insanlara bu kommunal ödənişlərdən güzəştləri şamil etmək olar”.


“Milli Məclis bu məsələyə baxmalıdır"


İqtisadçı məsələnin qanunvericilik səviyyəsində həllinin vacibliyini qeyd edərək, Milli Məclisə çağırış edib:

“Bununla əlaqədar müəyyən təkliflər var. Yaxşı olardı ki, Milli Məclis bu məsələyə baxsın və müəyyən qərarlar qəbul etsin. İndiki vəziyyətdə kifayət qədər dolanışıqlarda insanların problemləri var. O cümlədən, əksəriyyəti xəstədir, tez-tez xəstəxanalara müraciət edirlər, dərman alırlar, müəyyən ödənişlər edirlər və s. Yəni bu məsələlərə baxmaq, əlbəttə, yaxşı olardı, mən bunun tərəfdarıyam”,-deyə Vahid Əhmədov vurğulayıb.

 

Избранный
2
1
hit.az

2Источники