RU

Ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolinin rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bp ilə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub.

Görüş zamanı Azərbaycanın iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyi qeyd olunub və tədbirə hazırlıq məsələləri müzakirə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
5
azertag.az

7Источники