RU

Avropa ayağa qalxdı: Belarusdan gələn PUA Vilnüsü təşvişə saldı, hava məkanı qapadıldı

Avropanın mərkəzində hərbi gərginliyi pik həddə çatdıran və genişmiqyaslı qarşıdurma riskini alovlandıran növbəti şok hadisə baş verib. Belarus istiqamətindən gələn naməlum obyekt Litva rəhbərliyini ən sərt təhlükəsizlik tədbirlərini görməyə məcbur edib.

Musavat.com xəbər verir ki, Litva hakimiyyəti çərşənbə günü Vilnüs beynəlxalq aeroportunu uçuşlar üçün tamamilə bağlayıb və ölkə paytaxtı üzərində rəsmən "havadan təhlükə" xəbərdarlığı elan edib. Dünyanın aparıcı informasiya agentliklərindən olan "Reuters"in yaydığı məlumata görə, bu təcili addımın atılmasına səbəb Belarus ərazisindən qalxaraq birbaşa Litvanın hava məkanına doğru irəliləyən naməlum pilotsuz uçuş aparatının (PUA) aşkarlanması olub.

Hərbi təhlükənin miqyası nəzərə alınaraq Vilnüs sakinlərinə təcili şəkildə sığınacaqlara keçmək əmri verilib, Litva parlamentində (Seym) isə yüksək səviyyəli həyəcan siqnalı elan olunub. Müdafiə nazirliyi və xüsusi xidmət orqanları dərhal gücləndirilmiş iş rejiminə keçib. Hava məkanını pozan və paytaxt istiqamətində hərəkət edən hərbi xarakterli bu dronun mənşəyi və hansı məqsədlə qaldırıldığı hələlik rəsmən açıqlanmır. Lakin ekspertlər bu insidentin NATO üzvü olan Litva ile Rusiya-Belarus ittifaqı arasında onsuz da gərgin olan münasibətləri tamamilə qopma nöqtəsinə gətirə biləcəyini proqnozlaşdırırlar.

Musavat.com

Избранный
2
34
musavat.com

10Источники