RU

Hörmüz böhranı və yeni enerji xəritəsi: Azərbaycanın strateji rolu artır

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsi bu gün hər bir ölkənin yürütdüyü siyasətin mərkəzində dayanır. Bütövlükdə prosesə nəzər yetirdiyimiz zaman bu, tələb və təchizat tərəfi olmaqla iki əsas səviyyədə həyata keçirilir. Təchizat tərəfində əsas enerjinin uzunmüddətli təchizatının təmin edilməsidir. Burada diqqət həmçinin təchizatçıların və neft və qazın şaxələndirilmiş strukturuna yönəlib”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, tələb tərəfində, qeyri-sabit bölgələrdən, xüsusən də Rusiyadan tədarükdən asılılığın aradan qaldırılması üçün əsas çətinlik olaraq qalan müəyyən enerji növlərinin, xüsusən də neft və təbii qazın istehlakını azaltmaq üçün də səylər göstərilir. İqtisadi baxımdan mühüm lokallaşdırma amili ölkələrin enerji intensivliyində gizlidir.

Siyasi element kimi təchizatçı bölgələrdəki siyasi və təhlükəsizlik vəziyyəti və dünyada baş verən cari geosiyasi inkişaflar enerji axınlarının ərazi strukturunda əhəmiyyətli rol oynamağa davam edir. Enerji mənbələri təchizatçılarının şaxələndirilməsi ilə birlikdə Avropada həm də enerjiyə qənaət edən iqtisadiyyat konsepsiyaları yaradılır. Yəni, bütövlükdə bütün regionlar bir sıra yollar axtarışındadır.

Deputatın fikrincə, mövcud inkişaf və gələcək proqnozları dəyərləndirərkən, xüsusən də iqtisadi potensialın Asiya kimi sürətlə böyüyən bölgələrə keçdiyi bir vaxtda qlobal iqtisadiyyatdakı dəyişikliklər hər bir ölkəyə təsir edir. Buna görə də enerji resurslarının sabit və təhlükəsiz təchizatının təmin edilməsi hazırda dövlətlərin əsas vəzifələrindən biridir.

“ Dövlətlər neft və təbii qaza diqqət yetirməklə enerji axınlarında sadəcə iqtisadi deyil, siyasi təhlükəsizlik təhlilləri də aparırlar. Bu baxımdan da cənab Prezident İlham Əliyev bildirir ki, "Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik". Çünki xüsusilə də mövcud durumda beynəlxalq münasibətlərin bir aləti kimi diplomatiya son dərəcə mühüm əhəmiyyət kəsb edir. Həqiqətdir ki, cənab Prezident İlham Əliyev bunun öhdəsindən son dərəcə uğurla gəlir. Azərbaycan həm hüquqi yollar müəyyən edir, həm də qlobal miqyasda hər cür yardım təklif etmək və almaq imkanı yaradır. Marşrutlar təhlükəsizlik və etibarlılıq prizmasından dəyərləndirilir. Azərbaycan beynəlxalq səviyyədə təmsil olunduğundan, aclıq, müharibə, siyasi və iqtisadi qeyri-sabitlik və digər çətinliklər yarandıqda mövqeyimizdə heç bir dəyişiklik olmur. Hörmüz boğazı ətrafında artan risklər və su yolu ilə daşınmaların gecikməsi logistika sistemində zəncirvari effekt yaratdı. Orta Dəhliz daha öncə alternativ olaraq dəyərləndirilirdisə, indi zərurətdir. Azərbaycan bu yolda mərkəzdə dayanır”-deyən deputat bildirib ki, dəhliz coğrafiyası genişləndikcə bu gün Azərbaycan təkcə enerji əlaqələrinin mərkəzi kimi deyil, eyni zamanda dialoq və ideyalar üçün qlobal bir platforma olaraq görülür. Azərbaycan yerləşdiyi coğrafi mövqe reallığını perspektiv kimi dəyərləndirərək onu imkan və fürsətlərə çevirir. Region ölkələri ilə yürütdüyü siyasətlə, açdığı yeni səhifə ilə, ötürdüyü yüklərlə, illər ərzində digər region ölkəsinə böyük layihələrdə qazandırdığı tranzit rolu imkanı ilə bu təcrübəni genişləndirir, doğru və strateji yol müəyyənləşdirməklə onu qonşu ölkələlərə də ötürür.

Deputat vurğulayıb ki, bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı işlər görülür. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ən müasir texnologiyalar tətbiq olunur. Azərbaycan dünya iqtisadiyyatının qloballaşması kontekstində milli iqtisadiyyatlara birbaşa xarici investisiyaların cəlb edilməsi tendensiyalarını müəyyən edir. İstehsalın beynəlmiləlləşməsi və investisiya əməkdaşlığının inkişaf mərhələsi kimi qloballaşmaya inteqrasiya olunmuş yeni yanaşmalar, sistemli yanaşma tətbiq olunur. Mübadilə və istehsalın beynəlmiləlləşməsinin müxtəlif mərhələlərində birbaşa xarici investisiyaların yolları axtarılır. Bu baxımdan ikitərəfli və çoxtərəfli kontekstdə geniş əməkdaşlıq imkanları qurulur.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
bizimyol.info

1Источники