RU

“Ermənistan Rusiya ilə münasibətlərdə heç bir kəskin addım atmayacaq” - Paşinyan

“Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərdə heç bir kəskin addım atmayacaq”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya çərçivəsində Lori rayonunun sakinləri ilə görüşü zamanı deyib.

"Rusiya ilə münasibətlərdə heç bir kəskin addım atmayacağıq. Mənim sözün əsl mənasında Rusiya Federasiyasının Prezidenti ilə dostluq münasibətlərim var. 2018-ci ildən bəri aramızda 200-dən çox telefon danışığımız olub. Həmçinin Rusiya Federasiyası hökumətinin başçısı ilə çox isti dostluq münasibətlərimiz var. Ümumiyyətlə, Rusiyaya münasibətimiz çox istidir. Burada problem başqa yerdədir. Rusiya supergücdür və ona hörmətlə, ehtiramla yanaşmaq lazımdır. Mən təkcə Rusiyaya deyil, həm də Rusiya Prezidentinə və Rusiya hökumətinin başçısına belə yanaşıram. Amma mən onlara bir şeyi deyirəm ki, biz heç vaxt Rusiyanın maraqlarına zərər verəcək heç nə etməmişik və etməyəcəyik", - deyə siyasətçi vurğulayıb.

Paşinyan Ermənistan hakimiyyətinin Rusiyanın maraqlarına bütün lazımi hörmətlə yanaşdığını bildirib:

“Amma təəssüf ki, biz Rusiyanın maraqlarını Ermənistan Respublikasının maraqlarından üstün tuta bilmərik. Bu, qanuni mövqedir və biz Ermənistanın maraqlarını dəstəkləyirik və ziddiyyətlərə, antaqonizmlərə girməyəcəyik, rusiyalı tərəfdaşlarımızla söz müharibəsinə, debata girməyəcəyik, yüksək səviyyəli dialoq davam edəcək”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
3
1
missiya.az

2Источники