RU

Kuba Prezidenti: "ABŞ-nin hərbi müdaxiləsi regionda qanlı qırğına səbəb olacaq" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Kuba Prezidenti Migel Dias-Kanel "X" sosial şəbəkəsində etdiyi paylaşımda ABŞ-nin ölkəsinə mümkün hərbi müdaxiləsinin nəticələri proqnozlaşdırıla bilinməyən qanlı qırğına səbəb olacağını bəyan edib. O, belə bir hərbi əməliyyatın regional sabitliyə və qlobal sülhə dağıdıcı təsir göstərəcəyini vurğulayaraq, Kubanın ABŞ daxil olmaqla heç bir ölkə üçün təhdid yaratmadığını və təcavüzkar planlarının olmadığını bildirib. 

Qeyd edək ki, bundan əvvəl "Politico" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb ki, Vaşinqtonun sərt iqtisadi sanksiyalar və yanacaq blokadası vasitəsilə Havanadan güzəşt qoparmaq cəhdləri uğursuz olduqdan sonra, ABŞ administrasiyası Kubaya hərbi müdaxilə ssenarilərini nəzərdən keçirir. Nəşrin məlumatına görə, bu variantlar arasında Kubanı güzəştə məcbur etmək üçün təkbaşına hava zərbələrinin endirilməsi, həmçinin ölkə rəhbərliyini devirmək məqsədilə quru qoşunlarının müdaxiləsi yer alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники