SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin növbəti vətəndaş qəbulu Ağstafa rayonunda baş tutacaq.
Redaktor.az xəbər verir ki, qəbul mayın 22-si saat 11:00-da Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində keçiriləcək.
Görüş zamanı Ağstafa, Qazax və Tovuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Bildirilib ki, qəbul zamanı ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbulla bağlı əlavə məlumat almaq istəyən vətəndaşlar Şəmkir Regional Qaz İstismarı İdarəsinə müraciət edə bilərlər.