JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Bakı Metropoliteni” QSC ilə əməkdaşlığı çərçivəsində əhalinin sıx istifadə etdiyi metro stansiyalarında “Erkən kəsimə son” adlı maarifləndirici kampaniyası ilə bağlı sosial çarx yerləşdirilib.

Metronun “Sahil”, “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası”, “Xətai” və “Nizami” stansiyalarında nümayiş olunan posterlərdə xüsusilə körpə və dişi quzuların 3–5 aylıq dövrdə kəsilməsinin yaratdığı mənfi nəticələr ictimaiyyətin diqqətinə çatdırılır.
Kampaniyanın əsas məqsədi heyvandarlıqda davamlılığın qorunması, məhsuldarlığın artırılması və erkən kəsimin qarşısının alınması istiqamətində maarifləndirməni gücləndirməkdir.

Qeyd edək ki, indiyədək təşəbbüsə millət vəkilləri, ictimai xadimlər və tanınmış blogerlər də qoşularaq kampaniyaya dəstək verib, quzuların erkən kəsiminin qarşısının alınmasının vacibliyini ictimaiyyətə çatdırıblar.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX