Deen Sharp Bakının ictimai məkanlarını yüksək qiymətləndirərək şəhərin bu sahədə nümunə olduğunu deyib: “Bu məkanlar yaxşı qorunur, uşaqlar üçün əlverişlidir və əlçatanlıq baxımından yaxşı planlaşdırılıb. Bakı ictimai məkanların necə olmasına dair çox yaxşı nümunədir”. Deen Sharp “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə bağlı da fikirlərini bölüşərək bildirib ki, texnologiya yalnız insanların həyatını yaxşılaşdırdığı halda dəyərlidir. O vurğulayıb ki, “ağıllı şəhərlər” insanmərkəzli və iqtisadi baxımdan səmərəli olmalıdır: “Əksər hallarda böyükmiqyaslı texnologiyaların çox böyük xərclərlə tətbiq edildiyini görürük və əldə olunan səmərəlilik, əslində, vergi ödəyicilərinin pulları baxımından yaxşı dəyər ortaya qoymur. Buna görə düşünürəm ki, Azərbaycan “ağıllı şəhərlər”in həm xərc baxımından səmərəli, həm də insanmərkəzli şəkildə həyata keçirilə biləcəyini nümayiş etdirmək baxımından çox yaxşı rol oynaya bilər”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта