RU

ABŞ-da süni intellektə görə milyard dollarlıq layihələr ləğv edildi

ABŞ-da süni intellekt şirkətləri və məlumat mərkəzlərinə qarşı etirazlar sürətlə artır. Yüksək enerji istehlakı və elektrik qiymətlərinin bahalaşması insanların narahatlığına səbəb olur. Vətəndaşlar həmçinin süni intellektin iş yerlərini əvəz edəcəyindən və uşaqların psixologiyasına mənfi təsir göstərəcəyindən ehtiyat edir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, etirazlar bəzi bölgələrdə zorakılıq hadisələrinə də çevrilib. Son aylarda bir neçə süni intellekt tərəfdarı və məlumat mərkəzi layihələrini dəstəkləyən şəxslərə hücumlar edilib.

Məlumata görə, etirazlar səbəbindən ümumi dəyəri 156 milyard dollar olan 48 məlumat mərkəzi layihəsi gecikdirilib və ya dayandırılıb. Texnologiya şirkətləri isə ictimai dəstəyi artırmaq üçün böyük PR kampaniyalarına başlayıb.

Избранный
26
3
manset.az

4Источники