RU

Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb Rəsmi

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 23,5 min yeni iş yeri açılıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yeni iş yerlərinin 92,2%-i və ya 21,7 mini qeyri-dövlət (özəl) sektorunda açılıb.

Qeyd edək ki, bu dövrdə ölkədə 4,2 min iş yeri bağlanıb və bağlanan iş yerlərinin 44,1%-i özəl 1,8 mini özəl sektorun payına düşüb.

Açıqlanan rəsmi məlumatlar göstərir ki, bu ilin ilk 3 ayında özəl sektorda isə iş yerlərinin sayı 19,9 min artıb.

Məlumat üçün onu da bildirək ki, bu ilin ilk 3 ayında özəl sektorda muzdlu (əmək müqaviləsilə) çalışan  işçilərin sayı 28,8 min nəfər azalıb.Elnur Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
2
yeniavaz.com

3Источники