Sosial şəbəkələrdə maraqlı iş elanlarından biri gündəm olub.
Publika.az xəbər verir ki, məşhur TikTok istifadəçilərindən biri özünə şəxsi mühafizəçi axtardığını açıqlayıb.
Elana əsasən, namizəddən əsas tələblər yaraşıqlı görünüşə və saqqallı imicə sahib olmasıdır. Bundan əlavə, fiziki cəhətdən sağlam, diqqətli və məsuliyyətli şəxslərə üstünlük veriləcəyi bildirilib.
İş rejiminin 12 saat olduğu qeyd edilir. Təklif olunan aylıq əməkhaqqı isə 1000 manatdır.