Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Hindistanın Müdafiə Araşdırma və İnkişaf Təşkilatı (DRDO) ölkə istehsalı olan dəqiq idarəolunan raketi pilotsuz uçuş aparatından (PUA) buraxaraq uğurlu sınaqdan keçirib.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, “DRDO ULPGM-V3 (Unmanned Aerial Vehicle Launched Precision Guided Missile) raketinin son konfiqurasiyasını kütləvi istehsal üçün tam sınaqdan keçirib.”
Sınaqlar Hindistanın cənubundakı Andhra-Pradeş ştatının Kurnul şəhəri yaxınlığında yerləşən DRDO poliqonunda hava–yer və hava–hava rejimlərində həyata keçirilib. Nazirlik qeyd edib ki, raket kompleksinin idarəsi üçün inteqrasiya olunmuş yer sistemi (GCS) tətbiq olunub və bu sistem raketin buraxılışına hazırlıq və buraxılış prosesini avtomatlaşdırmağa imkan verir.
Raket tamamilə Hindistanın müdafiə sənayesi tərəfindən, kiçik və orta sahibkarlıq müəssisələrinin və digər sənaye təşkilatlarının iştirakı ilə istehsal olunub. Sınaqlar ölkənin istehsal zəncirinin tam yetişdiyini və kütləvi istehsala hazır olduğunu təsdiqləyib.
Hindistanın müdafiə naziri Rəcənat Singh sınaqları “müdafiə sahəsində özünütəminlik yolunda mühüm strateji mərhələ” adlandırıb.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.