RU

Qlazqo Universitetinin professoru: Sürətli urbanizasiya şəhər məkanlarını daraldır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 20 may, AZƏRTAC

İctimai məkanların və yaşıl zonaların əhəmiyyəti çox yüksəkdir və iqlim dəyişikliyi səbəbindən bu əhəmiyyət getdikcə artır. Qlazqo Universitetində apardığımız tədqiqatlar göstərir ki, müxtəlif şəhərlərdə sürətli urbanizasiya şəhər məkanlarını və yaşıl əraziləri getdikcə azaldır.

Bunu AZƏRTAC-a açıqlamasında Böyük Britaniyada Qlazqo Universitetinin şəhər analitikası üzrə professoru Joao Porto De Albuquerque deyib.

O bildirib ki, xüsusilə iqlim dəyişikliyinin sağlamlığa təsirlərini azaltmaq üçün yaşıl və ictimai məkanların rolunun gücləndirilməsi çox vacibdir. “Bunun üçün keyfiyyətli məlumatların toplanması və təhlili böyük əhəmiyyət daşıyır. Bu məlumatlar isə daha düzgün ictimai siyasətin formalaşdırılmasına imkan yaradır”,- deyə professor əlavə edib.

Müxbir - Fidan Əlizadə

Videoperator - Mir Rəsul Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
2
azertag.az

3Источники