RU

Birdən-birə idmana başlamaq olar? - AÇIQLAMA

Yay mövsümündə uzun müddət hərəkətsiz qaldıqdan sonra məşqlərə qəfil başlamaq ürək üçün ciddi təhlükə yarada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Piroqov Universitetinin daxili xəstəliklərin propedevtikası kafedrasının dosenti, həkim Elvira Xaçirova məlumat verib.

Həkimin sözlərinə görə, qış mövsümündən sonra ürək-damar sistemi funksional sakitlik vəziyyətində olur, damarlar elastikliyini itirir, ürək isə fiziki yüklənməyə uyğunlaşmamış vəziyyətə düşür. Bu səbəbdən qəfil və ağır məşqlər arterial təzyiqin kəskin yüksəlməsinə və damarlar üçün kritik yükə səbəb ola bilər.

Mütəxəssis bildirib ki, yüksək fiziki yük və adrenalinin artması nəticəsində koronar damarların spazmı baş verə bilər ki, bu da miokard infarktına yol aça bilər. Onun sözlərinə görə, belə hallar əvvəlcədən şikayəti olmayan gənclərdə də müşahidə oluna bilər.

Həkim əlavə edib ki, qəfil məşqlər yalnız ürəyə deyil, uzun müddət fəaliyyətsiz qalan əzələ və oynaqlara da zərər verə bilər. Bu isə dartınma və iltihab riskini artırır.

Xaçirova məşqlərə tədricən başlamağı tövsiyə edib. Onun sözlərinə görə, ilk mərhələdə həftədə 3 dəfə 20-30 dəqiqəlik sakit tempdə gəzinti kifayət edir. İlk 2-3 həftə ərzində isə üzgüçülük, yoqa, pilates və ya dartınma hərəkətlərinə üstünlük verilməsi daha məqsədəuyğundur.

Mütəxəssis həmçinin vurğulayıb ki, fiziki yüklənməni həftəlik maksimum 10 faiz artırmaq lazımdır. Məşq zamanı nəfəs darlığı, başgicəllənmə, ürəkdöyünmə və ya ürək nahiyəsində ağrılar yaranarsa, mütləq həkimə müraciət olunmalıdır.

NURİYYƏ

Избранный
51
1
redaktor.az

2Источники