RU

Anar Quliyev WUF13 çərçivəsində gündəmə gətirilən məsələlərdən danışdı

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Çox böyük məhsuldarlıq və əməkdaşlıq mühiti müşahidə olunur".

Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, eyni zamanda WUF13-ün milli koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Baku TV-yə açıqlamasında səsləndirib.

"40 mindən çox insan qeydiyyatdan keçib. Bu günə qədər 25 mindən artıq iştirakçı forumda fiziki olaraq iştirak edib. Təbii ki, onlayn qoşulanlar da var. Sessiyaların formatı elə qurulub ki, çoxsaylı paralel tədbirlər keçirilir. Tədbirlərin əksəriyyəti tərəfdaşlar tərəfindən təşkil olunur. Bunun üçün burada, səhv etmirəmsə, 28 məkan yaradılıb və onların hamısı çox aktiv fəaliyyət göstərir. Forumun mövzusu dünyanın müxtəlif ölkələrində aktual olan problemləri əhatə edir", - deyə Anar Quliyev bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
87
baku.ws

1Источники