RU

Azərbaycanlı oyunçu özünü Ronaldo ilə müqayisə etdi: “Canında bir balaca barıt varsa...”

“Zəngəzur”un oynayan məşqçisi Ruslan Əmircanov Region Liqasında qazanılan çempionluqdan sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, finalda “Marafon”u 2:1 hesabı ilə məğlub edən “Zəngəzur” turnirin qalibi adını qazanıb.

Bununla da komanda növbəti mövsümdə İkinci Liqada iştirak hüququ əldə edib.

41 yaşlı Ruslan Əmircanov çempionluğun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, yaş amilinin meydanda qalmaq üçün maneə olmadığını deyib:

“Əslində, 41 yaşdır. Kriştianu Ronaldu da bu yaşda oynayır, 85 təvəllüddür. Əgər canında bir balaca barıt varsa, oynayacaqsan.

Elə oyunçular var ki, karyerasını bitirdikdən sonra meydandan kənarda qala bilir. Amma şükür Allaha ki, özümü tam formada saxlaya bilmişəm, daim məşqlərdəyəm”.

Избранный
71
sportinfo.az

1Источники