RU

Çürümədən həftələrlə təzə qalacaq Pomidorun ömrünü 3 dəfə uzadan üsul

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bazardan və ya marketdən alınan pomidorların qısa müddətdə xarab olması mətbəxdə ən çox rast gəlinən problemlərdən biridir. Pomidorun daha uzun müddət təzə qalması üçün sadə üsul açıqlanıb.Demokrat.az xəbər verir ki, insanların çoxu pomidorları soyuducuda və ya üst-üstə yığılmış formada saxlayır. Halbuki bu üsul pomidorun həm dadını pozur, həm də daha tez çürüməsinə səbəb olur.Mütəxəssislərin sözlərinə görə, pomidorları sap hissəsi aşağı olmaqla tərs çevrilmiş şəkildə saxlamaq onların ömrünü xeyli uzadır.Bu üsul pomidorun hava ilə təmasını azaldır və nəm itkisini minimuma endirir. Eyni zamanda sap hissəsində yaranan açıq sahədən bakteriya və kifin daxil olmasının qarşısını alır.Qeyd olunur ki, pomidorun alt hissəsi daha möhkəm olduğu üçün tərs saxlandıqda əzilmə riski də azalır.Pomidorları düzgün saxlamaq üçün onları əvvəlcədən yumaq tövsiyə edilmir. Çünki artıq nəmlik kif yaranmasını sürətləndirir. Pomidor yalnız istifadə ediləcəyi zaman yuyulmalıdır.Bundan əlavə, pomidorları birbaşa günəş işığı düşməyən, sərin və quru yerdə saxlamaq məsləhət görülür.Saxlama zamanı dərin qab əvəzinə geniş və düz səthdən istifadə olunmalı, pomidorlar bir-birinə sıx toxunmadan düzülməlidir.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
61
demokrat.az

1Источники