RU

Kuba Prezidenti ABŞ-ni adaya mümkün hücumunun nəticələri barədə xəbərdarlıq edib

Kuba Prezidenti Migel Diaz-Kanel ABŞ-nin adaya mümkün hücumunun ağır nəticələrə səbəb olacağını bildirib.

"Report"un məlumatına görə, o, bununla bağlı bəyanatı "X" sosial şəbəkəsində dərc edib.

Kuba liderinin sözlərinə görə, belə bir ssenari qiymətləndirilə bilməyən nəticələrə səbəb olan qan tökülməsi ilə sonuclanacaq.

Diaz-Kanel həmçinin qeyd edib ki, hərbi əməliyyat regional və dünya sabitliyinə dağıdıcı təsir göstərəcək.

Kuba Prezidenti Havananın heç bir təhlükə yaratmadığını və ABŞ də daxil olmaqla heç bir dövlətə qarşı aqressiv niyyətinin olmadığını vurğulayıb.

Избранный
32
12
far.az

10Источники