RU

Tramp iyunda Fransada keçiriləcək G7 sammitində iştirak edəcək

BAKI, 20 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp iyunda Fransada keçiriləcək G7 sammitində iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşri Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp sammit çərçivəsində süni intellekt, ticarət və cinayətkarlıqla mübarizə məsələlərini digər liderlərlə müzakirə edəcək.

Xatırladılıb ki, ABŞ prezidenti daha əvvəl Rusiya Prezidenti Vladimir Putin ilə dialoqun əhəmiyyətinə inandığını bildirib və G7 ölkələrini tənqid edib.

Избранный
52
teleqraf.com

1Источники