RU

Bu gün Sabir Rüstəmxanlının 80 yaşı tamam olur

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün görkəmli ədibimiz Sabir Rüstəmxanlının 80 yaşı tamam olur.

Kult.az xəbər verir ki, Sabir Rüstəmxanlı 1967-ci ildən ədəbi fəaliyyətə başlayıb. İlk kitabı 1970-ci ildə nəşr edilib. Ədibin Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şeir, nəsr və publisistik kitabları nəşr edilib. Sabir Rüstəmxanlı "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şeir kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. Onun "Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli-azadlıq hərəkatının mənəvi təməllərindən biri olub.

Sabir Rüstəmxanlı eyni zamanda ictimai-siyasi fəaliyyətlə də məşğuldur. O, Azərbaycanın ən böyük diaspor təşkilatlarından olan Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olmuşdur. Sabir Rüstəmxanlı Azərbaycan Respublikasının xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.

Xalq şairi ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.

Sabir Rüstəmxanlını təbrik edir, cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
axar.az

1Источники