RU

Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırdı

Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanın İraqdakı səfirliyi və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təşkilatçılığı ilə İraqın Kərkük vilayətində Qurban bayramı münasibətilə 150 ailəyə bayram sovqatı olaraq qida bağlamaları çatdırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Müqəddəs Qurban bayramı münasibətilə 17 mayda Kərkükdə humanitar yardım aksiyası baş tutub. Azərbaycanın İraqdakı Səfirliyi və AIDA-nın birgə təşkilatçılığı ilə 150 ailəyə bayram sovqatı olaraq qida bağlamaları çatdırılıb", - paylaşımda bildirilib. pizza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
11
yenisabah.az

10Источники