RU

İrəvandakı 28 may paradının şok səbəbi - ermənişünas alimdən açıqlama

28 mayda İrəvanda hərbi paradın keçirilməsi müxtəlif cür yozula bilər. Təbii ki, son illərdə heç bir ölkə ilə hərbi təlim- məşq tədbiri keçirməyən Ermənistan üçün bu fövqəladə tədbirdir və Paşinyan höküməti öz gücünü nümayiş etdirmək üçün seçkiqabağı belə bir addım atır.

Bunu Musavat.com-a açıqlaması zamanı ermənişünas alim, professor Qafar Çaxmaqlı bildirib. Ekspert hərbi parad ideyasının haradan qaynaqlandığı ilə bağlı digər təxminlərini bölüşüb: “Seçki prosesində Paşinyanın rəqibləri iddia edirlər ki, Azərbaycanla savaşda məqlubiyyətdən sonra hərbi sahədə heç bir irəliləyiş olmayıb. Ən çox səsləndirilən fikir də budur ki, ölkənin təhlükəsizliyini qorumaq üçün Paşinyan höküməti heç nə etməyib. Heç şübhəsiz, bunun belə olmadığını xalqa nümayiş etdirmək üçün hakim komanda belə bir qərar verib. Hökümət xarici ölkələrdən, xüsusən Fransa və Hindistandan aldığı hücum silahlarını da nümayiş etdirməklə növbəti dividentlər qazanmaq istəyir. Həm də bəzi təhlilçilərin də qeyd etdiyi kimi, Paşinyan güc nümayiş etdirir, həm içəridəki rəqiblərinə qarşı, həm də bölgədəki xarici güclərin əleyhinə...Paşinyan demək istəyəcək ki, Ermənistan əvvəlki Ermənistan deyil, onun müdafiə qabiliyyəti var. Moskva ilə münasibətlərin gərginliyi kontekstindən baxılsa, Rusiyaya da mesaj verilir ki, Ermənistan dövləti göründüyü qədər müdafiəsiz deyil”.

Q.Çaxmaqlı hesab edir ki, N.Paşinyan seçki dövründə və ondan sonrakı mərhələdə hər hansı müdaxilənin qarşısını almaq qabiliyyəti olduğunu nümayiş etdirmək istəyir: “Çünki Ermənistanda belə bir düşüncə var ki, seçkidə Paşinyan qalib gələrsə, Rusiyanın dəstək verdiyi müxalifət bu seçkilərin nəticələrini qəbul etməyəcək və Paşinyanı uzaqlaşdırmağın başqa bir yolunu düşünəcəklər. Paşinyan bu alternativləri onların əllərindən almaq istəyir”.

E.Paşasoy,
Musavat.com

Избранный
56
musavat.com

1Источники