RU

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kiyev, 19 may, AZƏRTAC

Rusiya briqada və alaylarının sayına görə Ukraynanı 2 dəfə üstələyir, cəbhə xətti isə artıq 1200 kilometrdən çox uzanır və o, genişlənə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Militarnyi”yə verdiyi müsahibədə bildirib.

“Şimalda əməliyyatlar mümkündür. Bu, realdır. Biz Rusiya Baş Qərargahının hazırda əməliyyatları aktiv şəkildə hesabladığını və planlaşdırdığını göstərən məlumatlardan xəbərdarıq”, - deyə o qeyd edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
5
azertag.az

6Источники