RU

MY braziliyalı müdafiəçinin müqaviləsindəki sərbəstqalma məbləğini ödəməyə hazırdır

İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Mançester Yunayted" müdafiə xəttini gücləndirmək məqsədilə İtaliya arenasına yönəlib.

Fanat.Az xəbər verir ki, Mançester təmsilçisi Turin "Yuventus"unun braziliyalı mərkəz müdafiəçisi Qleyson Bremerin transferini yay pəncərəsində bitirmək üçün ciddi şəkildə fəaliyyətə başlayıb.

İtaliyanın tanınmış "La Gazzetta dello Sport" nəşrinin yaydığı məlumata görə, ulduz futbolçunun İtaliya klubu ilə 2029-cu ilə qədər rəsmi müqaviləsi olsa da, o, karyerasında yeni bir səhifə açmağaa iyi və fərqli bir sınaqdan keçməyə olduqca isti yanaşır.

Xəbərdə həmçinin qeyd olunur ki, 29 yaşlı təcrübəli oyunçunun müqaviləsində rəsmi olaraq 58 milyon avro dəyərində sərbəstqalma bəndi mövcuddur və ingilislər bu məbləği ödəməkdən çəkinmirlər.

Избранный
32
1
fanat.az

2Источники