ain.az, 525.az portalına istinadən məlumat yayır.
NATO-nun Avropa üzrə Ali Baş Komandanı Aleksus Qrinkeviç Estoniyada vurulan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu etiraf edib.
525.az xəbər verir ki, bu barədə o, NATO qərargah rəislərinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.
"Əgər Ukrayna dronlarının hava məkanımızdan keçməsinə icazə versəydik, onları vurmazdıq", - alyans rəsmisi bildirib.
O, pilotsuz təyyarənin Rumıniyanın F-16 qırıcı təyyarəsi tərəfindən ələ keçirildiyini söyləyib. Əlavə edib ki, bu əməliyyat zamanı hər şey lazım olduğu səviyyədə həyata keçirildi.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.