RU

BMT-nin bölmə rəhbəri: WUF13-ün iştirakçıları Azərbaycanın təcrübəsindən öyrənə bilərlər

Bakı,19 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) mənzil, infrastruktur, su, sanitariya və logistika sahələrində müxtəlif ölkələrin təcrübələrini öyrənmək mümkündür.

Bunu AZƏRTACA-a məxsusi müsahibəsində BMT-nin İnsan Məskənləri Proqramında Qlobal Hesabatlar, Analitika və Tədqiqat Bölməsinin rəhbəri Benedikt Arimah deyib.

O bildirib ki, tədbirin ən vacib tərəflərindən biri təcrübə və siyasət mübadiləsidir: "Burada həm uğurlu, həm də uğursuz təcrübələr müzakirə olunur və ölkələr bir-birindən öyrənir".

Qonaq, həmçinin Azerbaycana ilk dəfə gəldiyini və gördüklərinin onu çox təsirləndirdiyini . "Hava limanından şəhərə qədər ümumi planlama, yollar, xüsusi avtobus zolaqları və enerjiyə qənaət edən avtobuslar diqqətimi çəkdi. Düşünürəm ki, burada iştirak edən insanlar Azərbaycanın təcrübəsindən çox şey öyrənə bilərlər".

Müxbir - Günel Türksoy

Избранный
18
2
azertag.az

3Источники